ABŞ və Britaniya şirkətləri “Humvee” zirehli maşının yeni versiyasını hazırlayırlar

ABŞ və Britaniya şirkətləri “Humvee” zirehli maşının yeni versiyasını hazırlayırlar

ABŞ-ın “AM General” şirkəti ilə Böyük Britaniyanın “QinetiQ” şirkəti birgə hərbi maşınlar üçün hibrid elektrik ötürücü sistemlərinin və elektrikləşdirmə texnologiyasının işlənib hazırlanması üçün əməkdaşlıq müqaviləsi imzalayıblar.

“Poliqon”un məlumatına görə, hazırda hər iki şirkətin komandası birlikdə “AM General” şirkətinin istehsalı olan 4×4 təkər formullu “Humvee” kimi tanınan HMMWV (High Mobility Multipurpose Wheel Vehicle) yüksək mobillikli çoxməqsədli zirehli avtomobillərin virtual reallıqda iştirak effekti ilə iki tam interaktiv modelini yaradıb.

Bu modellər “QinetiQ” şirkətinin elektrik ötürücüsünün innovativ texnologiyasının avtomobilin dizaynına minimal müdaxilə ilə necə inteqrasiya olunduğunu nümayiş etdirir.

Hibrid elektrik ötürücü sistemi hərbi nəqliyyat vasitələrinə uzun müddət ərzində düşməni səssiz izləmə və döyüş maşınına səssiz hərəkətinə imkan verəcək. Hımçinin hibrid elektrik ötürücü sistemi avtomobillərin akustik və istilik xüsusiyyətlərini minimuma endirəcək. Bundan əlavə, hərbi avtomobil 30% daha az yanacaq sərfiyyatını təmin edəcək və döyüş maşınının işləmə müddətini artıracaq. Elektrik mühərrikləri hərbi maşına yerləşdiriləcək akkumulyatordan çəkilən kabellər vasitəsilə qidalanacaq.

Qeyd edək ki, ABŞ-ın “AM General” şirkəti tərəfindən keçən əsrin 80-ci illərində yaradılmış “Humvee” yüsək keçidlikli avtomobilləri silahlanmaya 1983-cü ildə daxil olub. Təkmilləşdirmə rahatlığı və çoxsaylı modifikasiyaları sayəsində dünyada məşhur olan maşının hazırda 19 əsas versiyasından, 4 modifikasiyası istehsalda qalıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS