ABŞ “Humvee” avtomobillərini təkmilləşdirir

ABŞ “Humvee” avtomobillərini təkmilləşdirir

ABŞ Ordusunun inventarına yer alan “Humvee” kimi tanınan HMMWV (High Mobility Multipurpose Wheel Vehicle) yüksək mobillikli çoxməqsədli zirehli avtomobillər təkmilləşdirilir.

“Poliqon” xəbər verir ki, ABŞ “Humvee” zirehli maşınlarının təkmilləşdirilməsi üçün 183 milyon dollar ayırıb.

Təkmilləşdirmə çərçivəsində “Humvee” avtomobillərinə “anti-lock” əyləc sistemləri quraşdıracaq. Avtomobilin aşmağa meyilli olması nəzərə alınaraq, bu istiqamətdə də işlər görüləcək. Təkmilləşdirmə işləri ABŞ Ordusunda yer alan 5421 ədəd “Humvee” nəqliyyat vasitəsini əhatə edəcək.

Qeyd edək ki, ABŞ-ın “AM General” şirkəti tərəfindən ötən əsrin 80-ci illərində yaradılmış “Humvee” yüsək keçidlikli avtomobilləri silahlanmaya 1983-cü ildə daxil olub. Təkmilləşdirmə rahatlığı və çoxsaylı modifikasiyaları sayəsində dünyada məşhur olan maşının hazırda 19 əsas versiyasından, 4 modifikasiyası istehsalda qalıb.

4×4 təkər formulunu malik “Humvee” maşınları müxtəlif silah sistemləri, o cümlədən pulemyot və tank əleyhinə raket kompleksi ilə silahlandırıla bilir.

Maksimum sürəti 112 km/saat təşkil edən maşın cəngəllik və səhralıq daxil olmaqla müxtəlif ərazilərdə hərəkət etmək qabiliyyətinə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS