Belarus Rusiyadan S-400 ZRS və “İsgəndər” raketləri alıb
Minsk Moskvadan lazımi sayda S-400 “Triumf” zenit-raket sistemi (ZRS) və “İsgəndər” raketləri alıb.
“Poliqon” xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Xatırladaq ki, cari ilin fevralında Rusiya S-400 “Triumf” ZRS-lərini Belarusda test edib.
Bundan əvvəl, Belarus prezidenti 2021-ci il avqustun 9-da Belarus telekanalları tərəfindən canlı yayımlanan verilişlərin birində Rusiyadan S-400 ZRS almaqda maraqlı olduqlarını bildirmişdi.
S-400 ZRS 1990-cı illərdən başlayaraq Rusiyanın “Almaz” mərkəzi dizayn bürosu tərəfindən hazırlanmağa başlanılıb. Sistem 2007-ci ildən Rusiya ordusunda xidmətdədir.
S-400 sisteminə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 sistemi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.
Rizvan Fikrətoğlu