Almaniya və Avstraliya şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Almaniyanın “Diehl Defence” və Avstraliyanın NIOA şirkətləri arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bununla bağlı “Diehl Defence” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, NIOA şirkəti birgə əməkdaşlıq əsasında “Diehl Defence”nin dəniz platformaları üçün hazırladığı 127 mm-lik sursat ailəsini Avstraliyada öz müəssisələrində istehsal edəcək. Bu isə Avstraliyanın Hərbi Dəniz Qüvvələri (HDQ) üçün tələb olunan sursat ehtiyacının qarşılanmasında və texnologiya transferi sahəsində ölkəyə böyük töhfə verəcək.
Qeyd edək ki, bundan əvvəl “Diehl Defence” şirkəti Avstraliya HDQ üçün 76 mm-lik sursatlar tədarük edib.
CATEGORIES Xəbərlər