A-400M Asiya turnesinə çıxır

A-400M hərbi-nəqliyyat təyyarəsi aprelin sonlarında Asiya regionuna marketinq uçuşuna başlayır. “AzeriDefence”nin xarici hərbi KİV-lərə istinadən verdiyi məlumata görə, “Airbus Military” şirkəti təyyarənin Türkiyəyə və oradan Yaxın Şərq ölkələrinə uçacağını açıqlayıb.

A400M öz ölçüləri üzrə Lockheed Martin C-130-un və Boeing C-17-in arasındadır.

Qeyd edək ki, Türkiyə A-400M təyyarəsinin yaradılmasını həyata keçirən konsorsiumdakı 7 dövlətdən biridir. Türkiyədən başqa, konsorsiuma Belçika, Fransa, Almaniya, Lüksemburq, İspaniya və Böyük Britaniya daxildir.

Airbus şirkəti hesab edir ki, bazarın əhəmiyyətli hissəsini təşkil edən Asiyadan qarşıdakı 30 il ərzində 400 ədəd A-400M təyyarəsinin sifarişləri alına bilər.

CATEGORIES