“A-techSYN” DSEI-2021 sərgisində PUA texnologiyalarını nümayiş etdirəcək
“A-techSYN” şirkəti 14-17 sentyabr tarixlərində Londonda keçiriləcək DSEI-2021 beynəlxalq müdafiə sərgisində yeni nəsil vertikal qalxma və enmə (Vertical Take-Off and Landing-VTOL) xüsusiyyətlərinə malik hibrid PUA texnologiyalarını nümayiş etdirəcək.
Bu barədə Poliqon”a “A-techSYN” şirkətinin Satış və Əməliyyatlar Şöbəsinin rəhbəri Adnan Çetinkaya məlumat verib.
Şirkət əməkdaşı bildirib ki, “A-techSYN” müasir hərbi əməliyyatlar və kompleks yerləşdirmələri təmin edən PUA-lar üçün lazım olan əsas texnologiyalarda xüsusi və orijinal IP hazırlayır.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər