Xəbərlər

ABŞ 1300 ədəd “Javelin” TƏİRK sifariş edib

ABŞ ordusu yerli “Lockheed Martin” şirkətindən 1300 ədəd “Javelin” tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) və əlaqəli hərbi avadanlıqlar sifariş edib.

“Poliqon” “Lockheed Martin” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı ümumi dəyəri 309 milyon ABŞ dolları olan iki müqavilə imzalanıb.

Beləliklə ABŞ, Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna ordusuna təhvil verdiyi “Javelin” ehtiyatlarını bərpa edəcək.

ABŞ Ordusu ilə yanaşı, müqavilələrə Norveç, Albaniya, Latviya və Tayland kimi beynəlxalq müştərilərin sifarişləri də daxil edilib.

Çoxfunksiyalı “Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən birgə istehsal edilən üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. O, 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrinin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir. Adıçəkilən şirkətlərin birgə müəssisələrində indiyədək 50 000-dən çox “Javelin” istehsal edilib.

Kompleks zirehli texnikaların, örtülü hədəflərin, bunkerlərin, binaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button