ABŞ-da robot texnikalarının imkanları artırılır
ABŞ hərbi mütəxəssisləri robotların döyüş sahəsindəki rabitə əlaqəsinin dövri itkisi zamanı işlək vəziyyətdə qalmasına imkan verən proqram hazırlayıblar.
Bu barədə “Poliqon” “Army Recognition” portalına istinadən məlumat verib.
Məlumatda bildirilib ki, α-forması adlanan texnika, tapşırıqlar zamanı eyni əraziyə baş çəkmək istəyə biləcək bir neçə robot arasında tapşırıqların bölüşdürülməsində effektiv bir metod təqdim edir ki, bunlar arasında pilotsuz axtarış və xilasetmə, robotlaşdırılmış kəşfiyyat, perimetrin müşahidəsi, şüalanma və canlıların su altında konsentrasiyası kimi fiziki hadisələrin robototexnik aşkarlanması da var.
ABŞ Ordusu itkiləri azaltmaq, döyüş qabiliyyətlərini genişləndirmək, maddi-texniki təminat və döyüş sahəsinə yük və sursat çatdırmaq kimi müxtəlif məqsədlər üçün robot texnikalarının tətbiqinə böyük ümidlər bəsləyirlər.
Son bir neçə ildir ABŞ ordusu “insan-maşın” qarşılıqlı əlaqə prinsipi ilə çalışan MUM-T (Manned-Unmanned Teaming) konsepsiyası üzərində işləyir. Proqram robotların və insanların döyüş tapşırıqlarında birgə hərəkət etmələrini təmin edəcəkdir.
Beləliklə, keçən ilin noyabrında “QinetiQ” şirkəti ABŞ Ordusuna dörd dəst yüngül yerüstü hibrid RCV-L robotunun ilk partiyasını təhvil verib.
Bu maşınlar robot komplekslərinin təlim və döyüş əməliyyatları zamanı insanlarla qarşılıqlı əlaqə sistemini yoxlamaq üçün istifadə edilir.
Robotlaşdırılmış EMAV platformasına əsaslanan RCV-L aparatı ABŞ-ın “Pratt Miller” şirkətinin məhsuludur. Aparat, açıq arxitekturalı “QinetiQ” idarəetmə sistemləri, pulemyot və “Javelin” tank əleyhinə raket qurğulu CROWS-J uzaqdan idarə edilən qülləli döyüş modulu ilə təchiz olunub.
Əhəd Əzizov