Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-də olub

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-də olub

Qazaxıstan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən mlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, Xarici Kəşfiyyat İdarəsinin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi qonaqları salamlayıb. Görüş zamanı “Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi” mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

d749e62b15735cdb193b7eb342fe8471

CATEGORIES