ABŞ Dəniz Piyadaları SBNVG gecəgörmə eynəkləri alır

ABŞ Dəniz Piyadaları SBNVG gecəgörmə eynəkləri alır

“Elbit Systems of America” (“Elbit Systems”in tərkibinə daxildir) şirkəti ABŞ Dəniz Piyadaları Korpusundan “Squad Binocular Night Vision Goggle” (SBNVG) gecəgörmə eynəkləri sifarişi alıb.

“Poliqon” “Elbit Systems” şirkətinə istinadən xəbər verir ki, sifariş 112 milyon ABŞ dolları dəyərindədir.

Bildirilib ki, SBNVG-lər “Elbit Systems of America”nın Virciniya ştatının Roanoke şəhərindəki müəssisəsində istehsal olunacaq və 2026-cı ilin dekabr ayına qədər çatdırılması yekunlaşdırılacaq.

CATEGORIES