ABŞ donanması “Arli Berck” tipli gəmilərini artırır

ABŞ Hərbi-Dəniz Qüvvələri “Arli Berck” tipli 62-ci eskadra mina gəmisini silahlanmaya qəbul edib. “AzeriDefence”nin ABŞ Dəniz Qüvvələrinin saytına istinadən verdiyi məlumata görə, gəminin inşasına 2010-cu ilin iyununda General Dynamics şirkətində başlanıb.

Layihənin baş gəmisi “Arli Berck” 1991-ci ildə silahlanmaya qəbul olunub. Toplam olaraq ABŞ Hərbi-Dəniz Qüvvələri 62 ədəd belə esminesi silahlanmaya qəbul etməyi planlaşdırsa da 2008-ci ildə tikinti proqramını 75 gəmiyə qədər genişləndirilməsi qərara alınıb.

Esmines 9200 ton su basımına malikdir və 30 mildən yuxarı sürət yığa bilir. Gəminin heyəti zabitlər daxil olmaqla 380 nəfər nəzərdə tutulur. Silahlanmasına Tomahawk qanadlı raketləri, SM-2 zenit raketləri, 324 mm-lik torpedalar, 127 mm-lik artilleriya silahları və 12.7 mm-lik pulemyot daxildir.

KATEQORIYA: