
ABŞ-ın dəstəyi ilə Gürcüstanda Silahlı Qüvvələrin Təlim Mərkəzinin inşasına başlanılacaq.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Bu barədə razılıq Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Xoces arasında Almaniyanın Hohenfels şəhərində yerləşən təlim bazasında görüşdə əldə edilib.
Təlim mərkəzinin inşası Gürcüstan-ABŞ hərbi əməkdaşlıq proqramı çərçivəsində həyata keçiriləcək. Artıq bununla bağlı 2016-cı ilin dekabrında müvafiq sənədlər təsdiq olunub.
Yaxın günlərdə ABŞ Ordusunun generalı Antonio Auquto təlim mərkəzinin tikintisinə dair məsələləri müzakirə etmək üçün Tiflisə səfər edəcək.



