ABŞ HDQ-nin destroyerləri SPY-6 radarları ilə təchiz olunur

ABŞ HDQ-nin destroyerləri SPY-6 radarları ilə təchiz olunur

“Raytheon” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrindən (HDQ) SPY-6 radar ailəsi üçün 536 milyon dollar dəyərində müqavilə qazanıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bu müqavilə daha əvvəl şirkətə verilmiş inteqrasiya və istehsalat dəstəyi müqaviləsinin davamıdır və “Flight IIA” tipli destroyerlərin SPY-6(V)4 radarları ilə təkmilləşdirilməsini əhatə edir.

Müqavilə çərçivəsində “Raytheon” şirkəti SPY-6 radar ailəsi üçün təlim, mühəndislik xidmətləri, gəmilərə quraşdırma, inteqrasiya və test işləri, eləcə də radar imkanlarını artırmaq üçün proqram təminatı yeniləmələrini təmin edəcək. Müqavilə üzrə işlərin 2026-cı ilin may ayında tamamlanması planlaşdırılır.

Qeyd edək ki, SPY-6 radarı artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin iki yeni gəmisinə quraşdırılıb və 2025-ci ildə üç əlavə gəmi də quraşdırılma və test mərhələsində olacaq. Növbəti on il ərzində SPY-6 radarlarının 60-dan çox ABŞ HDQ-nin gəmisində yerləşdirilməsi planlaşdırılır. Bu radarlar hava, səth və ballistik təhdidlərə qarşı müdafiəni gücləndirəcək.

CATEGORIES