ABŞ HDQ “USS Delaware” atom sualtı qayığını istismara verib

ABŞ HDQ “USS Delaware” atom sualtı qayığını istismara verib

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) rəsmən “Vircinia” sinfinə aid yeni atom sualtı qayıqla silahlanıb.

“Poliqon” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti “USS Delaware” sualtı qayığının donanmaya təhvil verilməsi ilə bağlı mərasimin keçirildiyini elan edib.

Qeyd edək ki, “USS Delaware” (SSN 791) atom sualtı qayığı suya 2018-ci ildə buraxılıb. O, “Vircinia” sinfinin “Block III” modifikasiyasının sonuncu – səkkizinci sualtı qayığıdır. Lakin COVID-19 ilə bağlı vəziyyəti nəzərə alaraq, döyüş növbətçiliyinə keçid mərasimi ənənəvi hissə olmadan baş tutub. İndi isə ABŞ-ın birinci xanımı Cil Bayden və prezident Co Bayden “USS Delaware” sualtı qayığını rəsmi olaraq istismara veriblər.

Dördüncü nəslə aid çoxməqsədli “Vircinia” tipli sualtı qayıqlar 500 m-ə qədər böyük dərinliklərdə sualtı qayıqlarla mübarizə aparmaq, həmçinin sahilyanı zonalarda əməliyyatlar üçün təyin edilib. “Vircinia” tipli sualtı qayıqlar kəşfiyyat apara, xüsusi təyinatlıları sahilə çatdıra, maneə qoya və sualtı minalanma işlərini həyata keçirə, həmçinin digər sualtı, xüsusən də axtarış-xilasetmə işləri yerinə yetirə bilir. Sualtı qayıq 12 ədəd “Tomahawk” qanadlı raketi və 4 ədəd torpedo aparatı üçün buraxma qurğuları ilə təchiz olunub. Sualtı qayığın heyətində ​​134 nəfər var.

“Vircinia” sinfinə aid sualtı qayıqların uzunluğu 114,9 metr, eni 10,3 metr, subasma qabiliyyəti isə 7800 tondur. Maksimal suyadalma dərinliyi 500 m-dən çoxdur. 33 il fasiləsiz işləmək üçün nəzərdə tutulmuş S9G atom reaktoru su reaktivinin 25 düyün (46 km/saat) sürətə çatması üçün kifayət qədər enerji istehsal edir. Sualtı qayıqların hər bir sonrakı modifikasiyası kompanovka, silahlanma və heyət tərkibində kiçik fərqlərə malikdir.

a1 2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS