ABŞ-ın 2013-cü ildə hərbi xərcləri 525 milyard dollar olacaq

ABŞ Müdafiə Nazirliyi 2013-cü ildə hərbi xərclər üçün 525 milyard dollar ayırmağı planlaşdırır. “AzeriDefence” saytının məlumatına görə, bu məbləğin 179 milyard dolları texnikanın yenilənməsinə və təmir-bərpa işləri üçün nəzərdə tutulub.

Bu məsələnin də əksini tapacağı büdcə layihəsi ilə bağlı ABŞ prezidenti Barak Obama ölkə Konqresində çıxış edəcək.

ABŞ hərbi saytlarının məlumatına görə, hərbi büdcənin 109 milyard dolları yeni təyyarələrin, helekopterlərin, gəmilərin, nəqliyyat vasitələrinin, raket və peyklərin alınması üçün nəzərdə tutulub. Pentaqon məbləğin 69,7 milyard dollarını isə silahların yenilənməsinə sərf etməyi düşünür.

Məlumatda o da qeyd olunur ki, 2012-ci il üçün Pentaqonun silahlanmanın modernləşdirilməsi məqsədilə 204 milyard dollar ayırıb.

KATEQORIYA: