AnalizXəbərlər

ABŞ-ın robotlaşdırılmış “Bullfrog M240” qurğusu – TƏHLİL

“Bullfrog M240”, ABŞ-ın “Allen Control Systems” şirkəti tərəfindən hazırlanmış və 1-3-cü qrup pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün ABŞ Dəniz Piyadalarının yüngül inteqrasiya olunmuş Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə (Light Marine Air Defense Integrated System – L-MADIS) uzlaşdırılmış, süni intellekt və kompüter görmə qabiliyyətinə malik yüngül, avtonom döyüş robot sistemidir.

“Poliqon”un məlumatına görə, istehsalçı “Bullfrog M240” sisteminin beynəlxalq silah bazarında yalnız ABŞ və onun tərəfdaşları üçün əlçatan olan yeganə avtonom silah stansiyası olduğunu bildirib.

Silah stansiyasının “Full-Kill” zənciri nəqliyyat vasitələrini, gəmiləri, birləşmələri və sabit əraziləri qoruyur. Bu qurğu köhnə silahları dəqiq sistemlərə çevirir və köhnə silahlar artıq nöqtə hədəflərini <1 MOA dəqiqliklə vura bilir. Bu isə müasir döyüş meydanında vacib bir xüsusiyyətdir.

Bu arada qeyd etmək lazımdır ki, 1-3-cü qrup PUA-lar ABŞ Müdafiə Nazirliyi və bir sıra digər ölkələr tərəfindən kiçik və orta taktiki PUA-lar üçün qəbul edilmiş və çəki, hündürlük və uçuş sürətinə görə təsnifləndirilmiş təsnifat sistemidir. Bu kateqoriyalara əksər müasir kəşfiyyat helikopterləri, FPV (First Person View)  dronları və əməliyyat səviyyəli aparatlar daxildir:

– 1-ci qrup: çəkisi 20 funt-a qədər (≈9 kq-a qədər), uçuş hündürlüyü 1200 futa qədər (≈370 m-ə qədər), sürəti 100 düyündən az (≈190 km/saat-a qədər). Nümunələr: mikro və mini-kopterlər, yüngül kəşfiyyat dronları və FPV sistemləri;

– 2-ci qrup: çəki 21 – 55 funt (9-25 kq), uçuş hündürlüyü 3500 futa (≈1060 m-ə) qədər, sürət 250 düyündən az. Nümunələr: daşınan taktiki müşahidə və hədəf təyinetmə sistemləri;

– 3-cü qrup: çəkisi 56 – 1320 funta (600 kq-a) qədər, uçuş hündürlüyü 18000 futa (≈5500 m-ə) qədər, sürəti 250 düyündən az. Nümunələr: uzaq mənzilli, radioelektron mübarizə və ya zərbə qabiliyyətinə malik daha ağır taktiki PUA-lar.

Qısaca desək, “Bullfrog M240 süni intellekt, kompüter görmə və yüksək dəqiqlikli robototexnika ilə 7.62 mm-lik M240 pulemyotunun atəş gücünün birləşməsidir. Platformanın çəkisi 136 kq (280 funt) təşkil edir. Atış sürəti dəqiqədə 850 atəşə qədər, effektiv atış məsafəsi isə 800 metrdir (2660 fut-dur).

771795569 1608541177437821 1868511300179720531 nSistem hədəfləri müstəqil şəkildə aşkarlaya, tanıya (identifikasiya edə), izləyə və ələ keçirə bilir ki, yalnız bundan sonra bu məlumatları atəş açmaq qərarını verən operatora ötürür. Yeganə narahatlıq doğuran məqam insana bu prosesdə yalnız bir, lakin vacib bir funksiyanın ayrılmasıdır. Qalan hər şey süni intellekt tərəfindən idarə olunur. Sistem müharibəni öz əsgərləri üçün daha dəqiq və təhlükəsiz edir.

“Bullfrog M240”, digər oxşar süni intellekt zərbə sistemləri kimi, sözün əsl mənasında “öldürmək üçün lisenziya” almağın bir addımlığındadır və bu “qırmızı xətti” keçməyin yalnız zaman məsələsi olduğuna dair narahatlıqlar var. Yekunda bu addım sırf hüquqi bir rəsmiyyətdir.

Qurğu, istənilən ümumi C2 idarəetmə və nəzarət sistemi (məsələn, ATAK (Android Team Awareness Kit), FAAD C2 (Forward Area Air Defense Command and Control), LATTİCE) ilə uyğunlaşdırılması üçün açıq arxitekturaya malikdir.

Ümumilikdə, robotlaşdırılmış “Bullfrog M240” qurğusu, düşmən PUA-larını aşkar etmək, müəyyən etmək və zərərsizləşdirmək üçün hazırlanmış yüngül, az güclü muxtar silah stansiyasıdır. Mobillik və çox yönlülük üçün hazırlanmış “Bullfrog M240” qurğusu həm hərəkətdə olan əməliyyatlarda, həm də stasionar strateji obyektləri yüksək dəyərli hədəflərin qorunmasında üstündür. 1-3-cü qrup PUA-ları vurmaq qabiliyyətinə malik olan bu qurğu, hər addımda çevik və etibarlı müdafiə təmin edərək həm avtonom, həm də yarı-avtonom rejimlər təklif edir.

Bununla belə, bu qurğu, sadəcə növbəti “ağıllı pulemyot” deyil. O, hədəflə mübarizə qərarlarının demək olar ki, tamamilə bir alqoritmə həvalə edildiyi prinsipial olaraq yeni bir döyüş modelinə doğru bir addımdır. Bu qurğuda bütün qara işləri süni intellekt və kompüter görmə qabiliyyəti görür. Sistem avtomatik olaraq hədəfi tapır, onun növünü tanıyır, izləyir və nişangahda kilidləyir. Operatorun etməli olduğu tək şey isə tətiyi basmaqdır. Operator artıq düşməni axtarmır. Vəziyyəti real vaxt rejimində qiymətləndirmir. Sadəcə maşından gələn siqnalı gözləyir: “Hədəf tutulub, atəşə icazə verin”. Son zamanlar bu cür sistemlərin təsvirlərində “son qərarı insan verir” ifadəsinin getdikcə daha çox rast gəlindiyi müşahidə olunur. Amma bu, özünü aldatmaqdır. Süni intellekt bizə 700 metr uzaqlıqdakı siluetin düşmən olduğunu deyəndə və onu nişangahda saxladıqda, operatorun düşünmək üçün bir saniyədən az vaxtı qalır. Emosiyalar, yorğunluq, təzyiq – bütün bunlar insan “qərarını” formal hala gətirir.

772868611 1608541980771074 8443680028397584481 nRobotlaşdırılmış “Bullfrog M240” qurğusu müəyyən üstünlüklərə və çatışmazlıqlara malikdir:

– Reaksiya sürəti: Süni intellekt insanlardan daha sürətli reaksiya verir. Döyüşdə dronu məhv etmək saniyələr çəkir. Operatorun “qərar verməsini” gözləmək lüksdür.

– Alqoritmlərin təkamülü: Proqram təminatının növbəti versiyası sadəcə “təsdiq” bölməsini artıq bir funksiya kimi siləcək. Texniki cəhətdən bunu etmək çox asandır.

– Presedentlərin mövcudluğu: “Dəmir Günbəz” (“Iron Dome”) tipli HHM sistemləri yarıavtomatik rejimdə işləyir. Lakin orada hədəf insan deyil, raketdir. Burada 7,62 mm çaplı pulemyot düşmənin şəxsi heyətinə atəş aça bilər. Belə ki, bir alqoritmə yalnız tuşlamaq üçün deyil, həm də tanımaq üçün etibar edildikdə, risk yaranır. Dost/düşmən tanıma xətası və ya kamera sensorundakı nasazlıq atılan güllələrin mülki və ya özünün nəqliyyat vasitəsinə dəyməsinə səbəb ola bilər. Bu zaman təqsirkar əsgər deyil, bir kod sətri olacaq.

Son illərdə qəribə bir qanunauyğunluq müşahidə olunur: hərbiçilər süni intellekt işin 90%-ni yerinə yetirən sistemi əldə edən kimi, demək olar ki, dərhal onu “tam avtonom” rejimində sınaqdan keçirməyə başlayır. Əvvəlcə atış poliqonunda, sonra isə “nəzarət olunan şəraitdə”. Robotlaşdırılmış “Bullfrog M240” qurğusu da istisna deyil. Artıq “Allen Control Systems” şirkəti mühəndislərinin pulemyotun operatordan soruşulmadan məhdud əraziyə daxil olan dronlara avtomatik atəş açdığı bir rejimi sınaqdan keçirdikləri barədə qeyri-rəsmi məlumatlar yayılıb. Hələlik bunlar sadəcə “sınaqlar”dır. Lakin təcrübə göstərir ki, dünən sınaq olan şey sabah əməliyyat praktikasına çevrilir.

Xarici mütəxəssislərin qeyd etdiyi kimi, robotlaşdırılmış “Bullfrog M240” qurğusu dronları məhv etmək üçün əla bir maşındır. Lakin o, həm də insan öldürməsini tam avtomatlaşdırmaq üçün Troya atıdır. Texniki cəhətdən “çevrədəki adam” problemi həll edilib. Yalnız etik problem qalır. Bildiyimiz kimi, etika hərbi müqavilələrdə göstərilmir. Düşünürəm ki, növbəti bir neçə ildə insan iştirakı olmadan ilk avtonom atış hadisəsini görəcəyik.

 

Əhəd Vahidoğlu

Back to top button