ABŞ-ın Ukraynaya verəcəyi “Stryker” ESV mühəndis maşınlarına baxış – TƏHLİL

ABŞ-ın Ukraynaya verəcəyi “Stryker” ESV mühəndis maşınlarına baxış – TƏHLİL

Ukraynanın ABŞ-dan 2,5 milyard ABŞ dolları dəyərində yeni hərbi yardım paketi çərçivəsində alacağı texnika və silahların siyahısına, o cümlədən, 20 ədədi mina əleyhinə vərdənəli olan 90 ədəd təkərli Stryker zirehli maşını da daxildir.

“Poliqon”un məlumatına görə, bu halda söhbət Ukrayna Silahlı Qüvvələri (USQ) üçün 90 ədəd Stryker zirehli maşınından 20 ədədinin tank və piyada əleyhinə minalarla mübarizə üçün nəzərdə tutulmuş M1132 Engineer Squad Vehicle (ESV) mühəndis maşını versiyasında çatdırılacağından gedir. Bu cür mühəndis maşınları hücum zamanı mina sahələrində keçidlər açmaq üçün təyin edilib.

Öz növbəsində, bu yardım paketindən digər 70 ədəd Stryker maşını görünür klassik zirehli transportyor variantında olacaq. Onlar 12,7 mm-lik pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatanla silahlana bilər və heyətin 2 üzvünə əlavə olaraq 9-a qədər desant daşımağa qadirdir.

“The Drive” müəllifləri “Stryker” zirehli maşınlarının şəhər ərazilərində döyüş üçün ən uyğun olduğunu göstərir. Hərbi mütəxəssislər tərəfindən isə qeyd olunur ki, bu bəyanat kifayət qədər mübahisəlidir. Lakin etiraf edilməlidir ki, “Stryker” öz heyətlərinə və desanta HUMVEE (High Mobility Multipurpose Wheeled Vehicle – HMMWV) zirehli avtomobilindən və ya M113 zirehli transportyorundan (Armoured Personnel Carrier M113) daha yüksək səviyyəli qoruma və daha yaxşı situasiya məlumatlılığı verir. Yəni, xüsusilə ABŞ döyüş texnikaları nəzərə alınarsa, öz taktiki-texniki xüsusiyyətlərinə və effektivliyinə görə “Stryker” yalnız M1 “Abrams” tankından və M2 “Bradley” piyada döyüş maşınından geri qalır.

Lakin, “Stryker” xüsusilə güclü silahlarla fərqlənmədiyi üçün belə bir zirehli maşın ən yaxşı halda “daha geniş hücum əməliyyatının elementi” kimi istifadə edilməli, həmçinin, düşmənin atəş nöqtələrini məhv edəcək minaatanların və FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin atəş himayəsi altında döyüşə daxil edilməlidir.

“The Drive” portalı həmçinin qeyd edir ki, bu vaxta qədər USQ artıq “Stryker” ilə demək olar eyni olan zirehli maşınlar alıb. Burada söhbət əlbət ki, 2022-ci ilin ikinci yarısında USQ-yə təhvil verilən 39 ədəd Kanada istehsalı LAV ACSV “Super Bison” zirehli transportyorlarından gedir. Bu vəziyyət isə Ukrayna Müdafiə Qüvvələrinin döyüşçüləri tərəfindən “Stryker” zirehli maşınlarının mənimsənilməsini əhəmiyyətli dərəcədə asanlaşdırmalıdır.

Xatırladım ki, M1132 Engineer Squad Vehicle (ESV) Stryker təkərli zirehli döyüş maşınının mühəndis-istehkam variantıdır. ABŞ Ordusunun “Stryker” briqadasının döyüş qruplarının istehkam bölmələrinə verilir.

İkiqat V-şəkilli gövdəli təkmilləşdirməli modellər M1257 ESVV kimi tanınır.

Onun məqsədi döyüş meydanında istehkamçıları daşımaq və dəstəkləməkdir. Maşının dəstinə maneələrin təmizlənməsi və zolaqların işarələnməsi sistemləri, həmçinin mina aşkarlama cihazları daxildir.

Mühəndis maşını zirehli transportyorun bazasına əsaslanır. Onun ən fərqli xüsusiyyəti minalardan təmizləmə bıçağı və ya vərdənələrdir. Eləcə də o, çox vaxt əlavə avadanlıqla yüklənmiş təkərli qoşqunu çəkir. Avtomobil döşənmiş səthlərdəki minaları və bəzi dağıntıları təmizləmək qabiliyyətinə malikdir. Digər hərəkətlilik tapşırıqları maşında və qoşquda daşınan alətlər vasitəsilə istehkam dəstəsi tərəfindən yerinə yetirilə bilər.

Əsas xüsusiyyətləri:326914898 1902151986792897 5164734826648344054 n e1674384312552

  • kütləsi – 16,47 ton;
  • uzunluğu – 6.95 m;
  • eni – 2.72 m;
  • hündürlüyü – 2.64 m;
  • heyəti – 2+9 nəfər;
  • zirehinin qalınlığı – 14.5 mm;
  • əsas silahı – uzaqdan idarə olunan döyüş moduluns (Remote Weapon Station – RWS) quraşdırılmış .50 çaplı M2 topu və 40 mm çaplı MK19 qumbaraatanı;
  • 326775635 8662467737127827 3315872473701501820 nikinci silahı – 7.62 mm çaplı MG pulemyotu;
  • mühərriki – dizel 260 kVt (350 at gücü);
  • güc/çəki nisbəti – ICV: 15,8 kVt/t (19,3 at/g ton);
  • asqısı – 8×8 təkərli;
  • yanacaq üzrə şossedə gediş ehtiyatı – 500 km;
  • şossedə maksimal hərəkət sürəti – 100 km/h.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS