
ABŞ İordaniyaya təlim helikopterləri tədarük edəcək
ABŞ-ın “Bell Textron” şirkəti İordaniya Hərbi Hava Qüvvələrinə (HHQ) “Bell 505” təlim helikopterləri tədarük edəcək.
“Poliqon” “Bell Textron”a istinadən xəbər verir ki, bununla bağlı şirkət və İordaniya HHQ arasında müqavilə imzalanıb.
Müqavilənin şərtinə görə şirkət İordaniya HHQ-ə 10 ədəd “Bell 505” təlim helikopteri ixrac edəcək. Həmçinin müqavilədə təlim paketinin çatdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, “Bell 505” təlim helikopterinin maksimum sürəti 231 km/saat, uçuş diapazonu 566 kilometr və havada qalma müddəti 4 saata yaxındır.

CATEGORIES Xəbərlər
