
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv yerli məhsullar təqdim etməklə sektora və ölkəyə töhfə verməyə davam edir.
“Poliqon” MKE-yə istinadən xəbər verir ki, şirkət tərəfindən son bir həftə ərzində müxtəlif say və kalibrlərdə məhsullar müştərilərə çatdırılıb.
Bunlara aşağıdakılar daxildir:
- Türkiyə Quru Qoşunları Komandanlığına: 120 mm-lik minaatan mərmisi; 2.75 düym raket və döyüş başlığı; 25 mm-lik zirehdələn mərmi; MOD 92 artilleriya tapası; ALPAY – minalı ərazilərdən keçid açma sistemi və hissələri; 7.62 mm-lik patronlar; saniyəli fitil çaxmağı; 155 mm-lik sursat sevk barıtı.
- Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına: “Onur” tapası busteri.
- Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə: körük alışdırıcısı; detonator; primer.
- ASFAT-a: 155 mm-lik artilleriya sursatı.




