
ABŞ İordaniyaya UH-60M “Black Hawk” helikopterinin satışına icazə verib
ABŞ Dövlət Departamenti İordaniya Hökumətinə UH-60M “Black Hawk” helikopterin və əlaqədar avadanlıqların satışına razılıq verib.
Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.
Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçiriləcək satınalmanın dəyəri təxminən 23 milyon ABŞ dolları təşkil edir.
Bildirilib ki, yeni helikopter İordaniya Silahlı Qüvvəllərinin “Royal Squadron” donanmasında xidmət göstərən UH-60M “Black Hawk” helikopterlərinin sırasına qoşulacaq.
CATEGORIES Xəbərlər