ABŞ Moldovaya 1 milyon dollarlıq texnika verib
Moldova Silahlı Qüvvələri ABŞ-dan 1 milyon dollar dəyərində hərbi texnika alıb.
“AzeriDefence”nin məlumatına görə, razılaşmaya əsasən ABŞ Moldovaya 80 adda hərbi təyinatlı yük maşınları, sanitar və sərnişindaşıma avtomobilləri və digər model maşınlar verib. Texnikalar Molodovaya ABŞ-ın Almaniya, Türkiyə, İspaniya və İtaliyada yerləşən hərbi bazalarından gətirilib.
Moldovanın müdafiə naziri Vitaliy Marinuça isə texnikanın alınması ilə bağlı keçirilən mərasimdə deyib ki, Moldova Silahlı Qüvvələrin modernləşdirilməsi, texnika parkının yenilənməsi üçün çox vəsait xərcləmədən alternativ yolar axtarır: “Bu mərasim onu göstərir ki, ABŞ Moldovanın inkişafını istəyən çox vacib tərəfdaşıdır”.
KATEQORIYA: Müdafiə