ABŞ Ordusu çox sayda PrSM raketi əldə edəcək

ABŞ Ordusu çox sayda PrSM raketi əldə edəcək

ABŞ Ordusu və “Lockheed Martin” şirkəti arasında PrSM (Precision Strike Missiles) raketlərinin istehsalı üçün 4.9 milyard dollar dəyərində müqavilə imzalanıb.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verib.

PrSM, istənilən hava şəraitində yüksək dəqiqliklə idarə olunan raketdir. O, həm M270A1, həm də M142 “HIMARS” (High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemindən (YARS, MLRS – Multiple Launch Rocket System) buraxılır.

PrSM raketi düşmənin hava hücumundan müdafiə vasitələrinə, raket buraxma qurğularına, idarəetmə qovşaqlarına, qoşunların cəmləşmə rayonlarına və 400 kilometrdən artıq məsafədə yerləşən xüsusilə mühüm döyüş meydanı hədəflərinə zərbələr endirmək üçün təyin edilib. Raketin minimal atış məsafəsi 60 km-dir.

PrSM raketi kasset döyüş başlıqlı “yer-yer” sinif MGM-140 ATACMS (MGM-140 Army Tactical Missile System) taktiki raket kompleksini əvəz etmək üçün yaradılıb. İki PrSM raketi bir standart “HIMARS/M270” YARS paketinə yerləşdirilib.

CATEGORIES
TAGS