ABŞ Ordusu təkmilləşdirilmiş M72 qumbaraatanı alır

ABŞ Ordusu təkmilləşdirilmiş M72 qumbaraatanı alır

ABŞ Müdafiə Nazirliyi “Nammo Defence Systems” şirkətinə birdəfəlik M72 FFE qumbaraatanlarının böyük partiyasını sifariş edib.

“Poliqon”un məlumatına görə, tezliklə ABŞ əsgərləri təkmilləşdirilmiş M72 qumbaraatanları ilə silahlanacaqlar.

Qeyd edək ki, tərəflər sövdələşmənin təfərrüatlarını açıqlamayıblar. Müqavilənin ümumi dəyəri 498 092 926,00 ABŞ dollarına bərabərdir. Müqavilə şərtlərinə əsasən birdəfəlik qumbaraatanların tədarükünə gələn ildən başlanılacaq. ABŞ Silahlı Qüvvələri M72 FFE (Fire From Enclosur) qumbaraatanının Anti-Armor (A8) və Anti-Strukture Munition (A10) modifikasiyaları ilə təchiz ediləcək.

Xatırladaq ki, 2016-cı ildə ABŞ Dəniz Piyadaları Korpusu komandanlığı və “Nammo Defence Systems” şirkətinin rəhbərliyi M72 qumbaraatanının FFE adlı yeni modifikasiyasının istehsalı barədə müqavilə imzalayıb. Onun əsas xüsusiyyəti atəş zamanı reaktiv şırnağın olmamasıdır. Reaktiv şırnağın əvəzində isə qumbaraatanın arxa hissəsindən xüsusi maye buludları çıxır ki, bu da ətraf mühit üçün təhlükəsizdir və hətta qapalı otaq şəraitində atəş açarkən atıcının arxasındakı mebel belə zədəsiz qalır. Bundan başqa, M72 FFE qumbaraatanı nisbətən sakit silahdır və ondan aparılan atəş səsi həcminə görə 9 mm tapança ilə müqayisə edilə bilər.

Məlumat üçün bildirək ki, M72 birdəfəlik tank əleyhinə əl qumbaraatanı 1962-ci ildə ABŞ Ordusu tərəfindən M31 tüfəng qumbarasını və M20A1 “Super-Bazuka” qumbaraatanını əvəz edəcək fərdi tank əleyhinə silah kimi silahlanmaya qəbul edilib.

Uğurlu konstruksiya M72 qumbaraatanını ABŞ hüdudlarından kənarda da çox məşhur edib. Belə ki, Norveç və Türkiyə qumbaraatanların lisenziyalı istehsalını qurmuş, keçmiş Sovet İttifaqında isə M72 qumbaraatanının bazasında yaradılmış (kopyalanmış) RPG-18 “Muxa” adlı birdəfəlik tank əleyhinə əl qumbaraatanı istehsal edilib. Bu zaman, M72 qumbaraatanının Norveç versiyasının istehsalının daha sadə və daha ucuz olduğu ortaya çıxıb. Bu səbəbdən də ABŞ Ordusu “Raufoss Ammunisjons Fabrikker” (sonradan “Nammo” – Nordic Ammunition Company) şirkəti tərəfindən təkmilləşdirilmiş qumbaraatandan istifadə etməyə başlayıb.

1 7

M72 FFE qumbaraatanı iki növ reaktiv qumbara – Anti-Armor (A8) və Anti-Strukture Munition (A10) ilə.

2 7

M72 FFE qumbaraatanından atışın aparılması.

3 7

Qumbaraatanın arxa hissəsindən reaktiv şırnaq əvəzinə xüsusi maye buludları çıxır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS