HavaXəbərlər

Aviasiya bombaları üçün tuşlama dəstlərinin İsrailə satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 510 milyon dollar dəyərindəki tuşlama dəstlərinin İsrailə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə BLU-109 bombaları üçün 3845 ədəd KMU-558B/B JDAM və Mk-82 bombaları üçün 3280 ədəd KMU-572 F/B JDAM tuşlama dəstinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Boeing” şirkəti olacaq.

Back to top button