
ABŞ-ın “Boeing” şirkəti 2026-cı ilin ilk doqquz ayında sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı aviasiya vasitələrinin sayını açıqlayıb.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, hesabat dövründə şirkət sifarişçilərə 47 ədəd AH-64 “Apache” ağır döyüş helikopteri, 11 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopteri və 6 ədəd MH-139 “Grey Wolf” çoxməqsədli helikopteri təhvil verib.
Şirkət, həmçinin 6 ədəd F-15 və 7 ədəd F/A-18 döyüş təyyarəsi, 15 ədəd KC-46 yanacaqdoldurma təyyarəsi və 2 ədəd P-8 “Poseidon” patrul təyyarəsinin sifarişçilərə çatdırılmasını təmin edib.
Təhvil verilən AH-64 “Apache” helikopterlərindən 11-i yeni istehsal olunub, 36-sı modernləşdirilib. CH-47 “Chinook” helikopterlərinin isə 7-si yeni istehsal, 4-ü modernləşdirilmiş versiyadır.





