QuruXəbərlər

SİPER Blok-2 raketi havada hədəf dəyişdirmə qabiliyyətini nümayiş etdirib

Türkiyənin SİPER Blok-2 uzunmənzilli hava hücumundan müdafiə (HHM) sisteminin atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün məlumat paylaşıb.

Bildirilib ki, sınaq çərçivəsində əvvəlcədən müəyyən edilmiş hava hədəfinə doğru buraxılan raketin uçuş zamanı hədəf məlumatları yenilənib. SİPER blok-2 yeni təyin olunan hədəfi məhv etməklə dəyişən təhdidlərə qarşı çevikliyini və effektivliyini nümayiş etdirib.

Back to top button