QuruXəbərlər

CSG yeni “Meander” amfibiya maşınını təqdim edib

Çexiyanın  “Czechoslovak Group” (CSG) şirkəti Praqada keçirilmiş “Future Forces Forum 2026” sərgisində “Meander” adlı yeni tırtıllı amfibiya maşınını təqdim edib.

Bu barədə “Poliqon” CSG şirkətinə istinsdən xəbər verib.

Bildirilib ki, “Meander” amfibiya maşını CSG-nin “Excalibur Army” və “Krill Business Partners” qrupunun “New Space Technologies” (NST) şirkətləri tərəfindən birgə hazırlanıb. Şəxsi heyətin, yüklərin və hərbi texnikanın daşınması üçün nəzərə tutulan maşının xüsusi təyinatlı və döyüş variantları da mövcuddur.

Uzunluğu 11 metrdən çox, tam kütləsi 33 ton, faydalı yük götürmə qabiliyyəti isə 13 ton olan “Meander” 440 kVt gücündə, 12 silindrli, hava ilə soyudulan “Tatra” mühərriki ilə təchiz edilib. Maşın quruda 48 km/saat, suda isə təxminən 12 km/saat sürətlə hərəkət edə bilir.

Tırtıllı hərəkət sisteminə və suda hərəkət üçün pərlərə malik maşın bataqlıqlarda, çaylarda və digər çətin keçilən ərazilərdə istifadə üçün nəzərdə tutulub. Onun yük platformasında 70 hərbçi, 12 xərək, orta ölçülü hərbi yük avtomobili və ya 20 futluq konteyner daşımaq mümkündür. Elektrik ötürücülü arxa pandus 13 tonadək yükü qəbul edə bilir.

“Meander”in ekipajı sürücü və operatordan ibarətdir. Maşın elektron “steer-by-wire” sükan sistemi, sensor ekran və ətraf mühiti müşahidə edən kameralarla təchiz olunub.

Back to top button