
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) inventarında olan SİPER Blok-1 uzunmənzilli zenit-raket kompleksi (ZRK) ilə təlim atışı keçirib.
“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, Sinop Atış Poliqonunda keçirilən atış zamanı SİPER Blok-1 raketi hava hədəfini uğurla vurub.
Atış fəaliyyətini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, HHQ komandanı ordu generalı Rafet Dalkıran, ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol, ROKETSAN şirkətinin baş direktoru Murat İkinci və TÜBİTAK SAGE-nin direktoru Kemal Topalömer yerində izləyiblər.





