QuruXəbərlər

KONGSBERG Polşanın K2 tanklarını uzaqdan idarə olunan silah sistemləri ilə təchiz edəcək

Norveçin KONGSBERG şirkəti Cənubi Koreyanın “Hyundai-Rotem” şirkəti ilə təxminən 700 milyon NOK (74,8 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, şirkət K2 proqramı çərçivəsində Polşa Silahlı Qüvvələri üçün PROTECTOR RS4 uzaqdan idarə olunan silah sistemləri tədarük edəcək.

Müqavilə K2 platformasının üç variantı üçün RS4 sistemlərinin tədarükünü nəzərdə tutur:

  • K2 əsas döyüş tankı (MBT);
  • K2 zirehli təxliyə maşını (ARV);
  • K2 döyüş mühəndisliyi maşını (CEV).

K2 platformaları üçün ilk sistemlərin tədarükünə 2027-ci ilin yazında başlanılması planlaşdırılır.

Müqaviləyə, həmçinin ilkin ehtiyat hissələri, təlim və digər dəstək xidmətlərini əhatə edən inteqrasiya olunmuş məhsul dəstəyi paketi də daxildir.

Back to top button