Xəbərlər

Azərbaycan-NATO tərəfdaşlığının gələcək perspektivləri müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Baş katibinin tərəfdaşlıqlar üzrə köməkçisi, səfir Kevin Hamilton ilə görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı tərəflər ilk dəfə Azərbaycanda birgə keçirilən PCCI26 seminarının üçüncü mərhələsinin və SEL1 təliminin uğurlu nəticələrini, Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində gələcək əməkdaşlıq perspektivlərini, eləcə də “Sülh naminə tərəfdaşlıq” (PfP) proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Back to top button