
Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştəri ilə müdafiə sistemlərinin tədarükünə dair ixrac müqaviləsi imzalayıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 442,5 milyon ABŞ dolları təşkil edir.
Müqavilə çərçivəsində sifarişçiyə radar, pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə və komanda-idarəetmə sistemləri tədarük ediləcək.





