QuruXəbərlər

ROKETSAN-ın ALKA sistemi müxtəlif hava və yer hədəflərini məhv edib – VİDEO

Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan ALKA yönləndirilmiş enerji silah sistemi müxtəlif pilotsuz uçuş aparatlarına (PUA) qarşı effektivliyini nümayiş etdirib.

“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, “Uçan Göz” dron yarışı çərçivəsində keçirilən sınaqlarda ALKA sistemi fırlanan və sabit qanadlı dronları, eləcə də sabit yer hədəfini uğurla məhv edib.

Lazer və elektromaqnit qarışdırma imkanlarına malik ALKA sistemi Türkiyənin “Polad Qübbə” (Çelik Kubbe) hava hücumundan müdafiə arxitekturasının tərkib hissəsi kimi asimmetrik təhdidlərə qarşı mübarizə üçün nəzərdə tutulub.

Back to top button