ABŞ Ordusu üçün “Enduring Shield” sisteminin kütləvi istehsalı planlaşdırılır

ABŞ Ordusu üçün “Enduring Shield” sisteminin kütləvi istehsalı planlaşdırılır

ABŞ Ordusu qoşunlarını “Enduring Shield” (“Sarsılmaz Qalxan”) raket əleyhinə müdafiə (RƏM) sistemi ilə himayə edəcək.

“Poliqon” xəbər verir ki, ABŞ Ordusu “Dynetics” şirkəti ilə “Enduring Shield” RƏM sisteminin seriyalı istehsaldan əvvəl nümunələrini hazırlamaq üçün müqavilə imzalayıb.

“Enduring Shield” RƏM sistemi “Indirect Fires Protection Capability” (IFPC) proqramı çərçivəsində hazırlanıb. Son sınaq atışlarında ABŞ Ordusu İsrailin “Iron Dome” (“Dəmir Günbəz”) sistemi əvəzinə üstünlüyü “Enduring Shield” RƏM sisteminə verib.

247 milyon ABŞ dolları dəyərindəki müqaviləyə əsasən, “Dynetics” şirkəti ABŞ Ordusu üçün 16 ədəd buraxma qurğusu və 60 ədəd tutucu raket istehsal edəcək. Yaxın gələcəkdə RƏM sisteminin son sınaqları həyata keçiriləcək və 2023-cü ildə “Enduring Shield” sisteminin kütləvi istehsalına başlanması planlaşdırılır. Ümumilikdə, ABŞ Silahlı Qüvvələrinin ehtiyacları üçün 400 ədəd “Enduring Shield” buraxıcı qurğusunun sifariş edilməsi planlaşdırılır.

Qeyd edək ki, əvvəlcə ABŞ Ordusu “Lockheed Martin” şirkətinin MHTK mini raketləri ilə Multi-Mission Launcher (MML) proqramını başladıb. Ancaq sonradan bu proqram ləğv edilib, müvəqqəti bir həll olaraq 2 ədəd “İron Dome” HHM və RƏM sistemi alınıb ​​və daha sonra proqram IFPC proqramına transformasiya edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS