
ABŞ Ordusu üçün qumbaraatandan buraxılan PUA yaradılıb
ABŞ Ordusunun Tədqiqat Laboratoriyasının mütəxəssisləri 40 mm-lik qumbaraatandan atılan dron hazırlayıblar.
“AzeriDefence”nin ABŞ Ordusunun media mərkəzinə istinadən verdiyi məlumata görə, mart ayında yeni dron üçün patent alınıb.
Qumbaraatandan Buraxılan PUA-nın (Grenade Launched Unmanned Aerial System –GLUAS) iki variantı var. Bunlardan biri kiçik ölçülərə sahib, paraşütlü PUA, digəri isə helikopter dizaynına malik PUA-dır.
Havada 90 dəqiqə qalan GLUAS-ın uçuş radiusu 2 km, uçuş tavanı 2000 fut təşkil edəcək. Atışdan sonra dron coystik və əl terminalı vasitəsi ilə idarə olunacaq. Mütəxəssislər hesab edirlər ki, bu texnologiyanın istifadə ediləcəyi çox ssenarilər mövcuddur.
CATEGORIES Xəbərlər
TAGS GLUAS