ABŞ Ordusu yeni çap atıcı silaha keçir

ABŞ Ordusu yeni çap atıcı silaha keçir

Keçirilən tenderin nəticələrinə əsasən yerli “Sig Sauer” şirkəti ABŞ Ordusuna atıcı silahların əsas tədarükçüsü seçilib.

“Poliqon” xəbər verir ki, şirkətin mətbuat xidməti “Next Generation Squad Weapon” (NSGW) proqramı üzrə yeni tüfəng və yüngül pulemyotun yaradılması müsabiqəsində qələbə qazandığını elan edib.

Bildirilib ki, baza müqaviləsi 10 il müddətinə imzalanıb, lakin onun dəyəri cəmi 20,4 milyon ABŞ dollarıdır. Çox güman ki, bu məbləğ silahların ilkin partiyasının alınmasına və onların tam miqyaslı istehsalının qurulmasına yönəlib. Daha böyük tədarüklər isə gələcəkdə həyata keçiriləcək.

M4 tüfəngini və onun gələcək təkmilləşdirmələrini MCX-SPEAR XM5 tüfəngi əvəz edəcək. M249 pulemyotunu isə SIG-LMG (XM250) yüngül pulemyotu əvəz edəcək. ABŞ müdafiə sənayesi üçün ənənəvi olaraq markanın başlığındakı “X” hərfi məmulat silahlanmaya qəbul edildikdən sonra silinir. Beləliklə, silahlanmaya qəbul edildikdən sonra tüfəng M5, pulemyot isə M250 adlanacaq.

Qeyd edək ki, yeni silah yeni 6.8×51 mm çaplı SIG FURY patronundan istifadə edəcək. Artıq baza dəstləşməsində silah səsboğucu və optik (tüfəng üçün) və kollimator nişangahı (pulemyot üçün) ilə təchiz olunacaq.

Xatırladaq ki, NGSW proqramı üzrə keçirilən tenderin finalçıları “Sig Sauer”, “General Dynamics” və “AAI Textron” şirkətləri olub. Onlar rəsmi müqayisəli sınaqları 2021-ci ilin əvvəlində baş tutan tüfəng və pulemyotların sınaq partiyalarını qoşunlara çatdırıblar (həmçinin bax: ABŞ Ordusu perspektiv silahların təchizatına hazırlaşır “Vortex Optics” şirkəti ABŞ Ordusu üçün XM157 nişangahı istehsal edəcək).

278472928 533728801585736 1753008276512983531 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS