
ABŞ P-8A “Poseidon” təyyarələrinin Danimarkaya satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti 1.8 milyard dollar dəyərindəki P-8A “Poseidon” çoxməqsədli dəniz patrul təyyarələrinin Danimarkaya satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 3 ədəd P-8A “Poseidon” patrul təyyarəsinin və onunla bağlı digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı ABŞ-ın “Boeing” şirkəti olacaq.


