
Baş direktor: Dünyada KAAN-a maraq böyükdür
2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində KAAN-ın ikinci prototipi, ondan bir neçə ay sonra isə üçüncü prototipi havaya qalxacaq.
“Poliqon” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu deyib.
O bildirib ki, 2025-ci il ərzində ən azı iki, ümumilikdə isə üç KAAN-ın eyni anda uçurulması nəzərdə tutulur.
“Bu sınaqların sonunda əlavə olaraq daha üç ədəd KAAN hazırlanacaq. Onları 2028-ci ilin sonu 2029-cu ilin əvvəlində bloklar halında Türk Hava Qüvvələrinə təhvil verməyi planlaşdırırıq.
KAAN-ın mühərrik layihəsi davam edir. Dünyada KAAN-a maraq böyükdür, hətta bəzi ölkələrin marağı daha da artmış vəziyyətdədir”, – deyə baş direktor vurğulayıb.
TAGS Manşet