
Braziliyada “Saab” və “Embraer” şirkətlərinin əməkdaşlığı çərçivəsində istehsal edilən ilk “Gripen E” qırıcısı ilk uçuşunu həyata keçirib.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, Qaviyao-Peşotu aerodromundan havaya qalxan təyyarəni “Saab”ın baş sınaq pilotu Yakob Högberq idarə edib.
Uçuş zamanı qırıcının əsas sistemləri və ilkin uçuş göstəriciləri yoxlanılıb. Sınaqlardan və sertifikatlaşdırmadan sonra təyyarənin Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu təyyarə Braziliyada istehsalı nəzərdə tutulan 15 ədəd “Gripen” qırıcısından birincisidir.





