HavaXəbərlər

Yak-130M təyyarəsinin üçüncü prototipi ilk uçuşunu həyata keçirib

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “A.S. Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən hazırlanmış Yak-130M təlim-döyüş təyyarəsinin üçüncü prototipi ilk uçuşunu həyata keçirib.

“Poliqon”un UAC-yə istinadən verdiyi xəbərə görə, uçuş zamanı bütün sistemlər normal işləyib və uçuş tapşırığı tam həcmdə yerinə yetirilib.

Bildirilib ki, üçüncü prototipin də uçuş sınaqlarına cəlb edilməsi testlərin planlaşdırılan müddətdə başa çatdırılmasına və təyyarənin tədarükünə 2028-ci ildə başlanmasına imkan verəcək.

Xatırladaq ki, Yak-130M təyyarəsinin birinci prototipi cari ilin iyun ayında, ikinci prototipi isə avqust ayında ilk uçuşunu həyata keçirib.

Back to top button