ABŞ raketəleyhinə sistemlərini yeniləyir

ABŞ Silahlı Qüvvələri AI3 (Accelerated Improved Intercept Initiative) raketəleyhinə kompleksin hazırlanması ilə bağlı “Raytheon” şirkəti ilə 79,2 milyon dollar dəyərində müqavilə imzalayıb.
“AzeriDefence”nin “Raytheon” şirkətinin saytına istinadən verdiyi məlumata görə, AI3 raketlərin aşkar olunması və tutulması təyinatlıdır. Müqaviləyə əsasən komplekslər təhvil-təslim prosesi təxminən bir ildən sonra başlanacaq.

Hazırda ABŞ ordusunda bu prosesi zenit-raket artilleriya kompleksləri olan C-RAM (Counter Rocket, Artillery, and Mortar) Phalanx B həyata keçirir.

CATEGORIES