ABŞ və Azərbaycan arasında hərbi pilotların hazırlıq məsələləri müzakirə olunub
ABŞ-da səfərdə olan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
CATEGORIES Müdafiə
TAGS Manşet