Xəbərlər

ABŞ və Fransa İraqa artilleriya qurğuları tədarük edəcək

İraq Müdafiə Nazirliyi Silahlı Qüvvələrin artilleriya qurğularına və qabaqcıl silahlara olan ehtiyaclarını qarşılamaq üçün ABŞ və Fransa ilə müqavilələr bağlayıb.

“Poliqon” İraq mediasına istinadən xəbər verir ki, sifariş edilən hərbi texnika və silahların sayı, növü, onların maddi dəyəri və digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, hazırda İraq Quru Qoşunlarının silahlanmasında yer alan əsas artilleriya qurğuları ABŞ tərəfindən təchiz edilmiş M198 yedəkdə daşınan haubitsalar və M109 tırtıllı özüyeriyən haubitsalardır.

Hərbi ekspertlər yeni alınacaq artilleriya qurğularının Fransanın “Nexter” şirkətinin 155 mm-lik “Sezar” və ABŞ-ın M109A6 “Paladin” özüyeriyən haubitsalar olacağı qənaətindədir.

ahhhh e1652450424430
M109A6 “Paladin” özüyeriyən haubitsa
fdb756f2 a226 4c16 860d 3bb1152f1989 e1652450191818
155 mm-lik “Sezar” özüyeriyən haubitsa

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button