ABŞ xüsusi təyinatlıları Suriyada “ağıllı” optik nişangahlardan istifadə edir

ABŞ xüsusi təyinatlıları Suriyada “ağıllı” optik nişangahlardan istifadə edir

ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin (US SOCOM) Suriyadakı bölmələrinin istifadəsində ilk dəfə olaraq İsrailin “Smart Shooter” şirkətinin istehsalı olan SMASH 2000 “ağıllı” optik nişangahları görüntülənib.

“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, Suriyanın cənubundakı Ət-Tanf bazasındakı ABŞ xüsusi təyinatlıları SMASH 2000 nişangahları ilə dəstləşdirilmiş M4A1 karabinləri ilə dronlara atəş açarkən görüntüləniblər.

Fotoşəkillər ABŞ Ordusunun Vizual Məlumat Yayımı Xidmətinin (DVIDS) saytında yerləşdirilib.

600x375 q75 1SMASH 2000 optik nişangahının proqram təminatı atıcı üçün zəruri olan hədəf barədə zəruri informasiyanı avtomatik şəkildə hesablayaraq nişangahın ekranında göstərir. Bundan sonra atıcı silahı ekrandakı hədəfin üzərinə gətirməlidur. Sistem silah hədəfin üzərində lazımi nöqtəyə yönəldikdən sonra atəş rejiminə keçməyə icazə verir. Optik nişanfahın kamerası bütün prosesləri qeydə alır ki, bu da sonradan həmin görüntülərin analizinin aparılmasına imkan verir.

Qeyd edək ki, SMASH 2000 sisteminin ilk istifadəçisi 2018-ci ildə İsrail Müdafiə Qüvvələri olub. 2019-cu ilin sonlarında “Smart Shooter” “SİG Sauer” şirkəti ilə birlikdə SMASH 2000 optik nişangah qurğusunu ABŞ Ordusunun Gələcək Nəsil Silah Proqramına (Next Generation Squad Weapon) təqdim edib.

 

CATEGORIES
TAGS