Polşa Ordusu HOMAR-K YARS ilə atış yerinə yetirib

Polşa Ordusu HOMAR-K YARS ilə atış yerinə yetirib

Polşa Ordusu HOMAR-K yaylım atəşli reaktiv sistem (YARS) ilə ilk təlim atışını yerinə yetirib.

Bu barədə “Poliqon” Polşa Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, HOMAR-K YARS-dan atış Poşlanın Ustka bölgəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi Təlim Poliqonunda baş tutub.

HOMAR-K, Cənubi Koreyanın “Hanwha Aerospace” korporasiyası tərəfindən istehsal edilən K239 “Chunmoo” YARS-ın Polşa Silahlı Qüvvələri üçün fərdiləşdirilmiş versiyasıdır. Polşa ümumilikdə 288 ədəd HOMAR-K YARS-ın alınması üçün Cənubi Koreya ilə müqavilə imzalayıb.

K239 “Chunmoo” müxtəlif növ raketləri atmağa qadir olan, o cümlədən taktiki çeviklik və müxtəlif əməliyyat tələblərinə uyğunlaşma təklif edən təkmil yaylım atəşli reaktiv sistemdir. “Chunmoo” YARS eyni vaxtda iki müxtəlif çaplı raket atmağa qadirdir. O, 80 və 160 km mənzilli 239 və 280 mm-lik raketlər də daxil olmaqla bir neçə növ raket buraxa bilir. Bundan başqa, YARS maksimum 290 km mənzilə malik 290 mm-lik ballistik raket də buraxa bilir.

CATEGORIES
TAGS