ABŞ yeni radiolokasiya sistemlərini silahlanmaya daxil edir

ABŞ Silahlı Qüvvələri “Lockheed Martin” şirkəti ilə AN/TPQ-53 Firefinder radiolokasiya sistemlərinin alınmasına dair saziş imzalayıb.“AzeriDefence”nin məlumatına görə, sazişin dəyəri 881 milyon dollardır. Müqaviləyə əsasən artilleriya radiolokasiya qurğularının alınması prosesi 3 il ərzində həyata keçiriləcək.

AN/TPQ-53 Firefinder sistemi düşmən mərmilərinin və minomyotlarının aşkarlanması ilə yanaşı mərmilərin uçuş və hərəkət trayektoriyasını də müəyyənləşdirə bilir.

“Lockheed Martin” şirkətinin nümayəndəsi isə bildirib ki, AN/TPQ-53 Firefinder yük maşınlarının üstündə quraşdırılmaqla manevr imkanına malikdir. Yəni istənilən vaxt müxtəlif yerə daşına bilir.

KATEQORIYA: