ADEX-2016: “Aeronautics” iki yeni PUA-nı təqdim edəcək

“Aeronautics” LTD ADEX-2016 sərgisində iki yeni – “Orbiter 4” taktik pilotsuz uçuş aparatını və “Orbiter-1K” “gəzən sursat”ını ilk dəfə təqdim edəcək.

Bu barədə “AzeriDefence”yə “Aeronautics” şirkətindən məlumat verilib.

“Orbiter 4” mini taktik PUA iki fərqli faydalı yükə malik, inkişaf etmiş çoxmissiyalı platformadır. “Orbiter” xəttinin ən son və daha inkişaf etmiş nümunəsi olan “Orbiter 4” quru və dəniz əməliyyatları üçün ən ideal həll sayılır. Daha yüngül çəkiyə malik platforma ən müasir sistemlərə malikdir.

“Aeronautics” Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərir.

Sərgidə nümayiş olunacaq “Orbiter 1K” “gəzən sursatı “Aeronautics”in son məhsullarındandır.

“Aeronautics” şirkətinin İdarə Heyətinin sədri Amos Mathan bildirib ki, rəhbərlik etdiyi şirkət Azərbaycan beynəlxalq müdafiə sərgisində son PUA texnologiyalarını nümayiş etdirməkdən fəxr duyur: “Biz böyüyən Azərbaycanın müdafiə bazarında böyük imkanlar görmək, öz təcrübəmizi bölüşmək və Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıqdan məmnunuq. “Aeronautics” qrupu Müdafiə Sənayesi Nazirliyini ən qabaqcıl, xüsusi müdafiə və təhlükəsizlik həlləri ilə təmin etməyə davam edəcək”.

Orbiter__4

Orbiter 4

“Orbiter 4”

“Orbiter 3” mini PUA-nın aerodinamik dizaynı əsasında hazırlanmış “Orbiter 4” mini taktik PUA 24 saat havada qalır. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA 18000 fut yüksəkliyə qalxaraq verilən tapşırıqları yerinə yetirmə bacarır. PUA müasir görüntü emal imkanları, avtomatik qalxma, daha yaxşı dözümlülük, istismar və əməliyyat xərclərinin aşağı olması, GPS və Data link olmadan uça bilmə imkanlarına sahibdir.

Orbiter__1K

Orbiter 1K

“Orbiter 1K”

Son illərdə dünya bazarına təqdim olunmuş ən müasir “gəzən sursat”lardan olan “Orbiter 1K” hərəkətli və hərəkətsiz hədəfləri aşkarlamaq və məhv etmək üçün nəzərdə tutulur. Uçuş zamanı idarəetmə mərkəzindən “Orbiter 1K”nın planlarını dəyişmək, ehtiyac duyulmadıqda geri qaytarılaraq paraşüt və hava yastığından istifadə etməklə yerə endirmək mümkündür. Gündüz və gecə kamerasına malik “Orbiter 1K”nın uçuş müddəti 2-3 saat təşkil edir.

 

CATEGORIES