ADEX-2016 sərgisinə hazırlıqlar davam edir

27-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə hazırlıq işləri davam edir.

“AzeriDefence”nin sərginin saytına istinadən verdiyi məlumata görə, artıq bir çox ölkələrdən olan şirkətlər sərgidə iştiraklarını təsdiq ediblər. Sərgidə iştirakını təsdiqləyənlər arasında 2014-cü ildə keçirilmiş ADEX-2014 sərgisində iştirak edənlərlə yanaşı yeni şirkətlər də var.

Sərgidə Azəərbaycanı təmsil edən təşkilatların sayında da artım müşahidə olunur. Belə ki, ADEX-2016 sərgisində Azərbaycandan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə yanaşı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), “AzCan” şirkəti, Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma ASC, “Nabucco A&C” şirkətləri təmsil edəcək.

Sərgidə təmsil ilk dəfə təmsil olunacaq şirkətlər arasında “Fireco” (İtaliya), “Miltech-Hellas S.A” (Yunanıstan), “Netline Telecommunication Technologies” (İsrail), “Sestan-Busch” (Xorvatiya), “Speel Praha s.r.o” (Çexiya), “Thermoteknix Systems LTD” (İngiltərə), “Vectronix AG” (İsveçrə), “Magam Safety” (İsrail), “Hikvision Digital Technology” (Çin), “Zhejiang Dahua Vision Technology” (Çin), ECA (Fransa) və s. yer alacaq.

Sərgidə Türkiyə, Rusiya, İsrail, Belarus milli pavilyonlarla təmsil olunacaqlar.

Qeyd edək ki, sərginin təşkilatçısı qismində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” şirkəti çıxış edir. Azərbaycan Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane’s Defence Weekly” dərgisidir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

CATEGORIES
TAGS