SərgilərXəbərlər

ADEX-2026: STM milli dəniz platformalarını və pilotsuz sistemlərini Bakıda təqdim edəcək

Türkiyənin STM şirkəti 30 sentyabr-2 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək.

“Poliqon” xəbər verir ki, şirkət sərgidə hərbi dəniz platformalarını, taktiki pilotsuz uçuş aparatlarını (PUA), avtonom sualtı aparatlarını və yeni nəsil zərbə sistemlərini nümayiş etdirəcək.

Hərbi dənizçilik sahəsində STM MİLGEM layihəsi çərçivəsində hazırlanan ADA sinifli korveti, yüksək sürət və manevr imkanlarına malik STM MPAC hücum katerini və STM NETA 300 avtonom sualtı İDA-sını ziyarətçilərə təqdim edəcək.

Pilotsuz uçuş aparatları sahəsində isə Azərbaycanın da istifadə etdiyi Türkiyənin ilk milli zərbə PUA-sı KARGU, kəşfiyyat və müşahidə missiyaları üçün hazırlanmış “TOGAN Mini” PUA-sı və TUNGA-X tutucu dronu hərbi nümayəndə heyətləri və sektor peşəkarlarına təqdim olunacaq.

Back to top button