“Aegis” hava hücumundan və balistik raketlərdən müdafiə edəcək
Lockheed Martin “Aegis” Döyüş Sisteminin havadan müdafiə və balistik raketlərə qarşı testlərini uğurla başa vurub. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Lockheed Martin şirkəti məlumat yayıb.
Testlər zamanı “Aegis” eyni zamanda həm havadan müdafiə, həm də balistik raketlərə qarşı müdafiə vəzifələrini yerinə yetirib. Sistemin “Baseline 9” adlandırılan son versiyası ilə aparılan testlərdə ilk dəfə Çox Məqsədli Siqnal Əməliyyatçısından (MMSP) istifadə olunub.
CATEGORIES Müdafiə