“Aero Vodochody” şirkəti L-159 təyyarəsinin modernizasiya işlərini davam etdirir

“Aero Vodochody” şirkəti L-159 təyyarəsinin modernizasiya işlərini davam etdirir

Çexiyanın “Aero Vodochody” şirkəti L-159 yüngül təlim/döyüş təyyarəsinin təkmilləşdirmə və modernizasiya işlərini davam etdirir.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, şirkət dörd illik çalışmanın ardından L-159 T2X prototipinin sınaq uçuşunu keçrib.

Sınaq uçuşu zamanı şirkət təyyarənin yeni avionika sistemlərinin və əsas dizayn elementlərinin iş prinsipini yoxlayıb.

Hazırda L-159 yüngül təlim/döyüş təyyarələri Çexiya və İraq Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. “Aero Vodochody” bu indiyə qədər müxtəlif konfiqurasiyalarda ümumilikdə 86 ədəd L-159 təyyarəsi istehsal edib və sifarişçiyə çatdırıb.

Qeyd edək ki, L-159 təyyarəsini rəqiblənrindən fərqləndirən əsas cəhətlərdən biri onun daha az uçuş xərclərinə və asan texniki xidmət imkanlarına malik olmasıdır.

Poliqon.az

CATEGORIES
TAGS